Bir əməliyyatla 73 nəfəri həbsə atdılar
Bizi izləyin

Avropa

Bir əməliyyatla 73 nəfəri həbsə atdılar

Bir əməliyyatla 73 nəfəri həbsə atdılar

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər həbs edilib.

Publika.az "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat Adana Baş Prokurorluğunun koordinasiyası ilə həyata keçirilib.

Araşdırmalar nəticəsində cinayət törətmək məqsədilə təşkilat yaratma, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silahlı hədə-qorxu, əmlaka zərər vurma və quldurluq daxil olmaqla 106 şübhəli müəyyən edilib. Şübhəlilərdən 73-ü barəsində həbs qətimkan tədbiri seçilib. Digər 33 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Əməliyyat-axtarış zamanı 14 qeydiyyatsız tapança, 4 qeydiyyatsız ov tüfəngi, 402 patron, 390 çətənə bitkisi, 1 403 ədəd narkotik tərkibli həb, 479,67 qram marixuana, 1,29 qram kokain, 347,3 qram bonzai, 3,2 qram amfetamin götürülüb.

Bundan başqa, cinayət yolu ilə əldə edildiyi ehtimal olunan ümumi dəyəri 20 milyon 500 min türk lirəsi ( təxminən 709. 689 manat) olan 2 daşınmaz əmlak və dəyəri 7 milyon 275 min türk lirəsi (təxminən 251. 853 manat) kimi göstərilən 12 nəqliyyat vasitəsi müsadirə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm