Bakı 2015
“Avropa Oyunları haqq səsimizin dünyada eşidilməsi baxımından mühümdür”
“I Avropa Oyunlarının Bakıda keçirilməsinin siyasi əhəmiyyəti böyükdür. Xüsusilə, ölkəmizin sabitlik adası olduğunu avropalılar öz gözləri ilə görə biləcəklər”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fuad Muradov deyib. Onun sözlərinə görə, bu oyunların önəmi olduqca böyükdür:
“Dünyanın tanınmış idmançıları Azərbaycanda olacaq. Bu oyunlar
dünyanın məşhur idman telekanallarında, veriliş və nəşrlərində
yayımlanacaq. Təbii ki, hər bir yayımdan Azərbaycanın adı keçəcək.
İdman icması dünyanın ən aktiv təbəqəsidir. Bura təkcə idmançılar
yox, azarkeşlər də aiddir və demək olar ki, əksər insan idmanla
maraqlanır. Deməli, Azərbaycan dünyanın böyük bir hissəsi
tərəfindən tanınacaq. Azərbaycan bu gün doğru yolla irəliləyir.
Ölkəmiz regionda stabil, nümunəvi dövlətə çevrilir. Son illər ən
mühüm tədbirlər Azərbaycanda keçirilir və Bakı regionun mərkəzi
halına gəlir. Bütün bu müsbət addımları görüb qəbul etməyənlər,
çoxlu sayda düşmənlərimiz də var. Onlar Azərbaycanın inkişafını,
güclənməsini, müstəqil siyasət aparmasını bəyənmirlər. Çalışırlar
ki, müstəqilliyimizə xələl gəlsin. Bu məqsədlə də fəaliyyət
göstərirlər. Ancaq yarışlar zamanı onlar Azərbaycanın dünyada
siyasi çəkisinin artdığını görəcəklər. Çünki Azərbaycan üzərinə
götürən öhdəlikləri yerinə yetirir, əməkdaşlığı təbliğ edir. Belə
böyük tədbirlərin məhz bizim ölkəmizdə keçirilməsi çox müsbət
haldır və Azərbaycanın pozitiv imicinə yaxşı təsir göstərir”.
F. Muradov hesab edir ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi
Qarabağ həqiqətlərinin təbliği üçün də mühümdür.
“Qonaqlara Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri
tərəfindən işğal edilməsi səbəbindən yaranan problemlər
göstəriləcək. İndiyə qədər bizə qarşı edilən təcavüz siyasəti
çatdırılacaq. Bu isə Azərbaycanın haqq səsinin dünyada eşidilməsi
baxımından mühümdür”, - deyə o bildirib.
Asif Nərimanlı
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı





































.jpg)

.jpg)