Bakı 2015
Moskvada İlk Avropa Oyunlarına dəstək universiadası
Bakı 2015 I Avropa Oyunlarına dəstək məqsədilə Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada keçirilən universiada davam edir.
Publika.az xəbər verir ki, Universiada çərçivəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) idman zalında təşkil olunan voleybol yarışında Moskva ali məktəblərini təmsil edən 14 komanda mübarizə aparıb.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev, təşkilatın nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev, BMDTU-nun əcnəbi tələbələrlə iş üzrə dekanının müavini İvan Kalaşnikov yarışın açılışında çıxış edərək ilk Avropa Oyunlarına hazırlığın gedişindən, Rusiya idmançılarının bu mötəbər idman tədbirinə ciddi hazırlaşmalarından danışıblar.
Dairəvi sistem üzrə keçirilən yarışların yekunlarına görə qızlar arasında birinci yerə “Vətən” komandası, ikinci yerə BMDTU-nin, üçüncü yerə isə Piroqov adına Rusiya Milli Tibbi Tədqiqatlar Universitetinin təmsilçiləri layiq görülüb.
Oğlanlar arasında yarışda Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin komandası oğlanlar arasında yarışın qalibi olub. İkinci və üçüncü yerləri Rusiya Gömrük Akademiyası və BMDTU-nun tələbələri tutublar.
Aprelin 25-də start götürən universiadada voleybol, basketbol, stolüstü tennis, qaçış və mini-futbol yarışları keçirilir. İdman yarışması mayın 10-da “Lujniki” stadionunda keçiriləcək mini-futbol üzrə Heydər Əliyev Kuboku uğrunda turnirlə başa çatacaq. Bütün yarışların qalibləri həmin gün mükafatlandırılacaq.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı





































.jpg)

.jpg)