Bakı 2015
Salyanda təntənəli qarşılanma
Bakı 2015 İlk Avropa Oyunları məşəlinin növbəti dayanacağı Salyan rayonu olub. Mayın 4-də birinci Avropa Oyunlarının məşəli Cəlilabaddan Salyana gətirilib.
Publika.az xəbər verir ki, bu münasibətlə Salyan şəhərinin giriş qapısında təşkil olunan mərasimdə məşəl estafetinin iştirakçılarını yüzlərlə rayon sakini böyük coşqu ilə qarşılayıb.
Birinci Avropa Oyunlarının rəmzi qapısında kikboksinq üzrə məşqçi Rahil İsgəndərov Olimpiya məşəlini qəbul etdikdən sonra yürüşə start verilib. Məşəli növbə ilə bir-birinə ötürən on məşəlçi birinci Avropa Oyunlarının rəmzi qapısından başlayaraq 3,2 kilometr məsafə qət ediblər. Salyan şəhərinin Heydər Əliyev, Xəlil Rza, Yusif Qasımov, Aslan Hüseynov, Səməd Vurğun, Məmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Təbriz Xəlilbəyli küçələri ilə hərəkət edən idmançılar məşəli Heydər Əliyev parkına gətiriblər.
Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə alqışlayıblar.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun tələbəsi Cavid Quliyev səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.
Salyan şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Zərxanım Ağabəyova yandırdığı ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Cəlilabad rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov deyib: “Bu gün Cəlilabadda birinci Avropa Oyunlarının məşəli yandırıldı. Bu, rayonumuzun həyatında ən yaddaqalan hadisələrdən biridir. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısı, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar öz nəticəsini verir. Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etməsi qürurverici hadisədir. İnanıram ki, Azərbaycan idmançıları birinci Avropa Oyunlarında da bizə qələbə sevinci bəxş edəcəklər”.
Azərbaycan Müəllimləri İnstitutunun Salyan filialının direktor müavini Sahib Həsənov Bakıda birinci Avropa Oyunlarının keçirilməsini ölkəmizin idman nailiyyəti kimi qiymətləndirib. O, ölkəmizdə bədən tərbiyəsinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Salyandan Neftçalaya yola salınıb.
Xatırladaq ki, Bakı 2015 İlk Avropa Oyunlarının məşəl səyahətinə mindən çox məşəlçi cəlb olunub. İyunun 10-u məşəl proqramının son günü olacaq və məşəl Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.
İyunun 12-28-də idmanın 20 növü üzrə keçiriləcək ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən altı mindən çox atlet 253 dəst medal uğrunda mübarizə aparacaq.
AZƏRTAC
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi
-
Magazin100:27Əməkdar artisti ilan sancdı - Vəziyyəti necədir?
-
Hadisə24 İyul 21:17Kənar Dairəvi yolda otluq ərazidə yanğın - Yeniləndi
-
ABŞ24 İyul 20:24Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
-
Elm və təhsil24 İyul 19:4029 şagirdin oxuduğu məktəblə bağlı iddiaya cavab verildi
-
Ekologiya24 İyul 18:50Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət
-
Sosial24 İyul 18:2049 mindən çox içkinin tarixinin dəyişdirildiyi aşkarlandı - Foto















.jpg)
.jpg)






















