Bakı 2015
Əcnəbilərdən Avropa Oyunlarına dəstək - FOTOLAR
İndoneziyada oxuyan əcnəbi tələbələr Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəstək nümayiş etdiriblər.
Publika.az-ın məlumatına görə, onlar bu Oyunların təkcə Avropanı deyil, bütün qitələri Bakıda görüşdürəcəyini bildiriblər.
Serbiyadan olan Milica Vukovic ölkəsindən olan idmançıların Bakıda böyük uğurlara imza atacağını düşünür: “Mən Serbiyadanam və bütün gənclər kimi mən də mühüm idman hadisələrini yaxından izləyirəm. Təbii ki, Avropanın idman həyatında yenilik olacaq bu yarışma haqqında çox eşitmişəm, maraqlanmışam. Təkcə bir məqamı deyim ki, Azərbaycan kimi ölkənin belə mötəbər və məsuliyyətli yarışa ev sahibliyi etməsinin özü maraqlı məqamdır. Çünki minlərlə idmançı və turistləri qəbul edəcək bu Qafqaz ölkəsi əvvəllər belə miqyasda yarışa ev sahibliyi etməyib. İndi əminliklə demək olar ki, ölkəniz yarışlara tam hazırdır. Ümid edirəm ki, serbiyalı idmançılar Bakıda möhtəşəm atmosferin şahidi olacaqlar və bu yaxşı təşkilatçılıq onların uğur qazanmaları üçün əlavə stimul olacaq. Serbiya siyasi bağlara görə də Azərbaycanla yaxındır. Oyunlardan sonra ölkəmizin Azərbaycana daha çox maraq göstərəcəyinə əminəm. Azərbaycan tolerant ölkədir. Belə müsbət məqamlara, iqtisadi gücə malik bir ölkə üçün Avropa Oyunlarını uğurla təşkil etməyə nə mane ola bilər? Əlbəttə heç nə. Sizin ölkə belə möhtəşəm yarışlara çoxdan hazır idi. Bakıya salam deyirəm və Bakıya “Avropanın tarixinə Oyunları öz dəsti xəttinlə yaz!” deyirəm. Azərbaycan gənclərinə sevgi və sayğılarımı çatdırın”.
Pekin Olimpiadasını yüksək səviyyədə keçirmiş Çindən olan tələbə Nilasari Chang Azərbaycan haqqında məlumatlı olduğunu deyərək Avropa Oyunlarının da Olimpiya Oyunları səviyyəsində keçiriləcəyinə əmin olduğunu söyləyib: “Asiya ölkələri burada iştirak etməyəcək. Təəssüf edirəm ki Çin bu yarışmada öz idmançılarını görə bilməyəcək. Hazırlıq işlərinizi videoçarxlarla izləyirik. Hər şey möhtəşəm görünür. İndidən maraq bizə güc gəlib ki, görəsən, açılışda hansı sürprizlər olacaq və ümumiyyətlə bu oyunlar zamanı nə kimi yeniliklərin uğurların şahidi olacağıq. Ölkəmiz adından sizə uğurlar arzu edirəm və “Bakı, Avropanı təəccübləndir” deyirəm”.
Anar Tağıyev
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı

















.jpg)
















.jpg)

