Bilgi.az
Affekt vəziyyəti nədir, niyə yaranır? - PSİXOLOQ ANLATDI
Bir çox hallarda insanlar cinayət tərkibli əməllərdən və ya intihara təşəbbüs hallarından sonra o anda nə baş verdiyini anlamadıqlarını, özlərini tanımadıqlarını, beyinlərinin donduğunu və özlərini idarə edə bilmədiklərini deyirlər. Bu vəziyyətin elmi adı – Affekt halıdır.
Publika.az-ın məlumatına görə, psixologiya üzrə fəlsəfə doktoru, "Psytech Azerbaijan" Psixometrik Qiymətləndirmə Mərkəzinin rəhbəri Təranə Paşayeva bildirib ki, affekt halı fizioloji və patoloji olmaqla 2 növə ayrılır:
"Fizioloji affekt yaşanan ani duyğu dəyişimi, qəzəb, stress, qorxu, həyəcan anlarında hər insanın başına gələ bilir və xəstəlik tərkibi daşımır. Bu zaman insan atdığı addımın fərqində olur, lakin, idarəetmə qabiliyyəti zəifləyir. Bunun səbəbi zorakılıq, təhqir, real təhlükəyə qarşı yaranan müdafiə mexanizmi və ya insanın fərdi psixoloji xüsusiyyətləri, yorğunluq, yuxusuzluq halları ola bilər.
Patoloji affekt tərkibi etibarilə daha qəliz və mürəkkəbdir. Bu növ xəstəlik hesab edilir və ağır travmalar nəticəsində yaranır. Bu hal insanın ixtiyarsız şəkildə özünə ya qarşısındakı insana zərər verməsi ilə səciyyələnir. Bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edir və insanın yuxuya getməsi ilə sona çatır".
Tanınmış psixoloq əlavə edib ki, patoloji affekt halından əziyyət çəkən insanlar oyandıqdan sonra törətdikləri əməlləri xatırlamırlar.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)




















.jpg)

.jpg)