Kriminal
Həyətinə gələn şəxsi güllələdi – DİN MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi Ağdamda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 5-də Ağdam rayonunun Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılovun həyətinə gəlmiş şəhər sakini O.Məmmədovla aralarında baş vermiş münqişə zamanı C.İsmayılovun tüfəngdən açdığı atəşlə O.Məmmədova xəsarət yetirməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Xəsarət almış O.Məmmədov xəstəxanaya yerləşdirilib.
Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İsmayılov saxlanılmışdır. Ondan cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
-
İdman03:19Axtarışda olan MMA döyüşçüsü Azərbaycanda ələ keçdi
-
Qoroskop01:40Günün ulduz falı: Öz ideyalarınızı paylaşmaqdan qorxmayın!
-
Magazin223 Yanvar 23:55Narkotik testi pozitiv çıxdığı üçün "Kızılcık Şerbeti"ndən uzaqlaşdırıldı - Kanal rəhbərliyini amansızlıqda ittiham etdi
-
Ekologiya23 Yanvar 23:15Əhaliyə fevral ayı ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərdə yaşayanların diqqətinə!
-
ABŞ23 Yanvar 22:52ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi
-
Ekologiya23 Yanvar 21:41Bu gecə səmada qeyri-adi hadisə müşahidə olunacaq
-
Magazin223 Yanvar 21:27"Apokalipsis" filminin aktyoru yenə həbs edildi - Bu dəfə...
-
Sosial23 Yanvar 21:13Cavanşir Yusifov şadlıq sarayı aldı









.jpg)







.jpg)




















