Kriminal
Azərbaycanda narkotik alverçiləri tutuldu – POLİS ƏMƏLİYYATI
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində rayon sakini R.Rəsulov 284 qramdan artıq heroini və 26 qramdan artıq metamfetamini satarkən saxlanılıb.
Publika.az xəbər verir ki, şəxsi axtarış zamanı ondan əlavə olaraq 253 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Bundan başqa Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini Səbuhi Gülməmmədov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Salahov Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində saxlanılıblar. S.Gülmməmədovun əlindəki və idarə etdiyi avtomobildəki bağlamalara baxış zamanı ümumi çəkisi 2 kiloqram 150 qram olan narkotik vasitə tiryək və 555 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin onlara məxsus olduğunu və satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)










.jpg)
















.jpg)
.jpg)
