Kriminal
Azərbaycanda çoban həbs edildi - 71 keçini...
Qax Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Ləkit kəndində yerləşən fermadan cari ilin yanvar ayından aprel ayınadək olan müddət ərzində ümumi dəyəri 11 min manata yaxın olan 71 baş xırdabuynuzlu heyvanların oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 71 baş keçini oğurlayan şəxsin həmin fermada çoban işləyən Zaqatala rayonu, Gözbarax kənd sakini Şirin Məmmədov olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılıb.
Ş.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və keçiləri oğurlayaraq Qax və Zaqatala rayonlarında ayrı-ayrı şəxslərə satdığını bildirib. Əldə etdiyi pulu isə özünün əyləncəsi üçün xərcləyib. Polis əməkdaşları tərəfindən həmin heyvanları alan şəxslər də müəyyən edilib.
Faktla bağlı Qax RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


