Kriminal
Azərbaycanda əxlaqsızlıq cinayəti - 51 yaşlı kişi 12 yaşlı qızı binanın blokunda...
Gəncə şəhərində azyaşlıya qarşı əxlaqsız hərəkətlər etmiş Mehman Əkbərov adlı şəxs barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsız hərəkətlər, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş açılıb.
Publika.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, şəhərin Kəpəz rayonu ərazisində - Əziz Əliyev küçəsində M.Əkbərov yaşadığı binadan təxminən 100 metr aralıdakı digər binanın blokunda 12 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.
Belə ki, 1970-ci il təvəllüdlü, ailəli, 13 yaşlı oğlu olan Mehman Əkbərov hadisədən əvvəl fəhlə kimi işlədiyi tikintiyə gedib. Burada məvacibini almağa çalışsa da, ona və tikinti ərazisinə toplanmış şəxslərə həmin gün pulun olmayacağı deyilib. Bundan sonra tikinti sahəsini tərk edən və marketdən spirtli içki alaraq qəbul edən Mehman yaxınlıqdakı yaşayış binasının həyətinə gəlib. Binanın blokunun qarşısında olarkən o, 11-12 yaşlı qızın blokdan çıxdığını görüb. Mehman qıza “3-cü mərtəbədə yaşayan İbrahimlə İsmayılı tanıyırsanmı, onların qapısını döyüb çağıra bilərsənmi?” deyərək uşağın bloka daxil olmasına səbəb olub. 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında olarkən o, arxadan qızı tutub və əli ilə əxlaqsız hərəkətlər edib, həmçinin cinsiyyət orqanını çıxararaq uşağa sürtməyə başlayıb. Qorxu keçirən azyaşlı qışqıra bilməyib və Mehmanın əlindən çıxaraq evlərinə qaçıb.
Ağlayaraq evə gələn azyaşlı hadisə barəsində anasına bildirib. Qadın dərhal polisə müraciət edib və həmin ünvana polis avtomobili yaxınlaşıb. Uşaq və anası maşına əyləşərək əxlaqsız hərəkətlər etmiş şəxsin axtarışına qoşulublar. Bir qədər yaxınlıqda – Nəriman Nərimanov prospektindəki “Bazarstore” marketinin qarşısında uşaq ona əxlaqsız hərəkətlər etmiş şəxsi görərək tanıyıb. Elə oradaca Mehman Əkbərov tutularaq polis şöbəsinə aparılıb.
Təqsirləndirilən şəxs zrərçəkmiş şəxsin bildirdikləri ilə razılaşmayıb və hadisənin baş verdiyi bildirilən gün həmin binanın həyətində olmadığını deyib.
Kəpəz rayon Məhkəməsinin hakimi Tural Qocayevin sədrliyi ilə keçirilən prosesin yekununda Mehman Əkbərov barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?