Kriminal
Qoyun oğruları Sumqayıtda saxlanıldı
Xızıda qoyun oğurlayıb qaçanlar Sumqayıtda saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinə rayonun Altıağac qəsəbə sakini Q.Cəbiyevə məxsus bir baş qoyunun naməlum şəxslər tərəfindən oğurlandığı və həmin şəxslərin "Ford tranzit" markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri istiqamətində hərəkət etdikləri barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əməliyyat tədbirləri həyata keçirilib və onların saxlanılması istiqamətində tədbirlər görülüb. RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərə saxla işarəsi verilsə də, onlar əmrə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıblar. Giləzi qəsəbəsi ərazisində onların saxlanılması üçün dəmir yolu üzərində yerləşən şlaqbaumdan istifadə olunan zaman isə həmin şəxslər şlaqbaumu qıraraq Bakı şəhəri istiqamətində hərəkətlərinə davam ediblər.
Keçirilən tədbirlərlə nəqliyyat vasitəsi Sumqayıt şəhəri yaxınlığında saxlanılıb. Avtomobildə olan Bakı şəhər sakini Samir Şıxıyev və Ağdam rayon sakini Fəxriyyə Babayeva polis şöbəsinin istintaq qrupuna təqdim olunublar.
Faktla əlaqədar Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Hadisənin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər davam edir.
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi









.jpg)

























.jpg)

.jpg)