Kriminal
Bakıda "patı" satanlara qarşı NÖVBƏTİ ƏMƏLİYYAT - VİDEO
Bakıda “patı” kimi tanınan metamfetamin satan şəxs tutulub.
Publika.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı birbaşa olaraq xarici ölkələrdən birində yaşayan narkotacirlə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsinə girərək narkotik vasitə və metamfetaminin ölkəmizdə onlayn satışını həyata keçirən şəxs saxlanılıb. Bölmə əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı vətəndaş İmdan Heydərov Nizami rayonu ərazisində tutulub. Onun üzərinə, idarə etdiyi avtomobilə və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evinə baxış zamanı külli miqdarda – 200 qrama yaxın heroin, 700 qram “patı” adlanan psixotrop maddə metamfetamin, 1 kiloqramdan artıq tərkibinə sintetik maddələr qatılan marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib.
Qeyd edək ki, aşkar edilən narkotik vasitə və psixotrop maddələr ümümilikdə 51 ədəd bükümdə olub. Bu isə onu deməyə əsas verir ki, İmdan Heydərov narkotik vasitələri satmaq üçün əldə edib. Saxlanılan şəxs ifadəsində sosial şəbəkələrdə səhifələr yaradaraq narkotiklərin satışını təşkil etdiyini bildirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində toplanan materiallar İstintaq Şöbəsinə göndərilib. İmdan Heydərov tutularaq istintaqa cəlb olunub. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





