Kriminal
Azərbaycanda 65 yaşlı qadının şok cinayəti üzə çıxdı - FOTO
Şəmkir rayonunda həyətində narkotik yetişdirən 65 yaşlı qadın saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, rayonun Bayramlı kənd sakini, 1956-cı il təvəllüdlü Sevil Əliyevanın özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Şəmkir RPŞ Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən əraziyə baxış zamanı oradan 60 ədəd ümumi çəkisi 38 kq 300 qram olan narkotik çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında satış məqsədi ilə əkdiyini etiraf edib.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Digər13:15Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
İdman13:06Litva səfirindən Qurban Qurbanova dəstək: "Belə irs daim yaşayır!”
-
Maraq dünyası13:00Dünya bu qəhrəman polisdən danışır - Hamı daşqında qaçdı, o isə...(VİDEO)
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video





















.jpg)










.jpg)

.jpg)