Kriminal
Azərbaycanda qadından ögey övladlarına qarşı GÖRÜNMƏMİŞ VƏHŞİLİK
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ağstafa şəhəri ərazisində 2 azyaşlı uşağa qarşı zorakı hərəkətlər edilməsi barədə məlumatlar yayılıb.
Publika.az prokurorluğa istinadən xəbər verir ki, Gəncə şəhər sakini Həsənova Zəminə Valeh qızının nəvələrinin zorakılığa məruz qalmasına dair müraciəti əsasında Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma ilə Mehralıyeva Səadət Həmid qızının müxtəlif vaxtlarda 2013 və 2014-cü il təvəllüdlü ögey övladlarına mütamadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Ağstafa Rayon Polis Şöbəsinin istintaq bölməsinə tapşırılıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































