Kriminal
Həyətində narkotik plantasiyası salan şəxs tutuldu
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonunun Liman şəhər sakini H.Novruzov saxlanılıb. Onun yaşadığı evin yaxınlığındakı torpaq sahəsində böyürtkən kollarının arasında əkərək kultivasiya yolu ilə yetişdirdiyi 2-3 metr hündürlüyündə, ümumi çəkisi 22 kiloqram olan 89 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































