Kriminal
“Lotu Quli”nin qəbri üstündə qətl - TƏFƏRRÜAT
Bu ilin yanvarında İstanbulda məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun məzarı başında törədilən qətl işi üzrə istintaq tamamlanıb.
Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, “Lotu Quli”nin məzarı üstündə Əli Həşimovu öldürməkdə ittiham olunan Kənan İmanzadəyə prokurorluq ömürlük həbs cəzası tələb edir.
Bu hadisə həmin şəxslərin “Lotu Quli”nin İstanbul Esenyurt rayonundakı Gülvadi qəbiristanlığındakı məzarını ziyarət edərkən baş verib. Bakırköy Cümhuriyyət Prokurorluöğunun hazırladığı ittiham aktında bu qətlin təfərrüatı yer alır. Kənan İmanzadə ifadəsində bildirir ki, Rusiyadan zəng vuran dostu Əlinin onu öldürmək üçün killer qismində İstanbula göndərildiyini bildirib.
“Biz bu məsələni müzakirə etmək üçün mənəvi qardaşı hesab etdiyi Nadir Səlifovun məzarı başına getdik. Əli ilə mübahisə etdik, onu itələyərək yerə yıxdım. Daha sonra qaldıraraq qucaqladım. Əliyə silahı verərək sakitləşməsi üçün havaya atəş açmasını istədim. Ancaq Əli silahı başına dayadı. Silahı əlindən almaq istəyəndə atəş açıldı, mən qolumdan yaralandım. Xəstəxanaya gedəndə Əlinin öldüyünü eşitdim”, - o bildirib.
Lakin istintaq bu versiyaya inanmayıb və Kənan İmanzadənin Əli Həşimovu qəsdən öldürdüyü qənaətinə gəlib. Onun barəsində qəsdən adam öldürmə və icazəsiz silah gəzdirmə maddələri ilə ittiham irəli sürülüb, barəsində ömürlük həbs cəzası tələb edilib.
Hər iki şəxsin kriminal çevrələrə bağlı olduqları bildirilir. O vaxt yayılan xəbərlərdə deyilirdi ki, Əli Həşimovun Kənan İmanzadəyə borcu olub və o, borcunu həyatı ilə ödəyəcəyini deyərək özünü vurub.
“Lotu Quli” 2020-ci ilin avqustunda Antalyadakı hotellərdən birində “Xan Bakinski” ləqəbli Xaqan Əhmədov tərəfindən güllələnib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)










.jpg)
















.jpg)
.jpg)
