Kriminal
Bakıda polisdən yayınmaq üçün ünvanını tez-tez dəyişən şəxs ələ keçdi
Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, rayon ərazisində kirayədə yaşayan Rəhman Abdullayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə şöbəyə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 12 qram psixotrop maddə olan metamfetamin və 10 qram heroin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq Rəhman Abdullayevin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayələdiyi daha bir mənzildə də narkotik vasitələr saxladığı müəyyənləşdirilib. Həmin ünvana baxış zamanı isə oradan əlavə olaraq ümumi çəkisi 1 kiloqram 255 qram olan metamfetamin və heroin aşkarlanıb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, R.Abdullayev paytaxt ərazisində mütəmadi olaraq kirayə mənzillər tutaraq orada narkotik vasitələrin satışını həyata keçirib. O, polislər tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməməsi üçün paytaxt ərazisində yaşayış ünvanlarını tez-tez dəyişib. Buna baxmayaraq Rəhman Abdullayevin izinə düşən polislər sonda onu ifşa edə biliblər.
Faktla bağlı 25-ci polis şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib. R.Abdullayevdən aşkarlanan narkotik vasitələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi









.jpg)


.jpg)





.jpg)


















.jpg)

.jpg)