Kriminal
Qulinin qatili həbsxanada öldürüldü - ŞOK İDDİA
“Lotu Quli” kimi tanınan qanuni oğru Nadir Səlifovun qatili, kriminal aləmdə "Xan Bakinski" kimi tanınan Xaqan Zeynalovun Türkiyədə həbsxanada öldürüldüyü iddia olunur. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Publika.az Cebhe.info-ya istinadən xəbər verir ki, Xaqan Zeynalovun törətdiyi bildirilən qətllə, yəni Lotu Qulinin öldürülməsiylə bağlı iş artıq məhkəməyə göndərilmişdi.
Ehtimallara görə, məhkəmə ərəfəsində belə bir hadisənin törədilməsi onun bəzi faktları aça biləcəyi ilə bağlı olub.
Mənbə Xaqan Zeynalovun öldürülüb-öldürülməsi ilə bağlı suala dəqiq cavab vermək istəmədiyini bildirib.
Bununla belə qeyd edib ki, X.Zeynalovla hesablaşma Lotu Qulinin klanının yox, özünün təmsil etdiyi qruplaşmadan kimlərinsə cəhdi ola bilər. Başqa sözlə, L.Qulinin qətlinin sifarişçisi olan qrup və ya şəxslərdən kimlərsə X.Zeynalovun məhkəməyə çıxmasını istəməyib:
“Xaqan Zeynalov hələ yaşamalı idi. Onunla bağlı belə düşünülürdü. Görünür, qarşı tərəf onu cəzalandırıb”.
Xatırladaq ki, 2020-ci il avqustun 19-dan 20-nə keçən gecə Türkiyənin Antaliya şəhərində otellərin birində “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov 25 yaşlı Xan Bakinski (Xaqan Zeynalov) tərəfindən qətlə yetirilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)










.jpg)
















.jpg)
.jpg)
