Kriminal
Vəzifəli şəxs Səlim Müslümovun məhkəməsinə MƏCBURİ GƏTİRİLƏCƏK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov və təchizat şöbəsinin müdiri Səadət Baxışəliyeva sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsinə məcburi gətiriləcək.
Publika.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Bundan başqa, ƏƏSMN-in Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdam, Astara, Qax, Yevlax, Şirvan rayonları və Sumqayıt şəhəri üzrə rəhbərlərinin də məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilib.
Qeyd edilib ki, həmin şəxslər məhkəmə çağırışlarına əməl etməyiblər.
Prosesdə şahid qismində ifadə verən Həbib Məmmədov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhid ailələri üçün mənzillərin tikilməsi ilə bağlı keçirdiyi tenderdə şirkəti qalib olub.
Şahid deyib ki, həmin vaxt nazirliyin nümayəndəsi Natiq Əzizovla görüşüb: "O, hər tikilən 13 evə görə 3 min manat pul istədi və razılaşdıq. Pulu öz otağında ona təqdim etdim. Natiq müəllimə ümumilikdə 39 min manat pul vermişəm".
Daha sonra digər şahid Akif Məmişov da dindirilib. O söyləyib ki, 2014-2020-ci illərdə ƏƏSMN yanında DSMF-nin Cəbrayıl rayonu şöbəsinin müdiri işləyib: "Bizim şöbədə sonuncu dəfə yoxlama zamanı bir sıra problemlər aşkarlandı. Əlilliyi olan şəxslərin sənədlərində aşkar olundu ki, həmin şəxslər başqa yerlərdə də işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov məni bu problemlərə görə otağına çağırdı. O, məndən 15 min manat istədi. Mən isə 10 min manat verməyə gücümün çatdığını dedim. Sonda işimi itirməmək üçün 13 min manat verməyə razılaşdıq. Bunun müqabilində formal olaraq töhmət verildi".
Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.
Qeyd edək ki, S.Müslümov Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.
Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO