Kriminal
Bakıda məktəbli niyə öldürülüb? - Qətlin TƏFƏRRÜATI
Bu ilin 26 iyul tarixində Xətai rayonu, Ağ Şəhər ərazisində yerləşən “Nizami” parkının ərazisində 2007-ci il təvəllüdlü Sərxan Məmmədovu döyərək öldürən 2006-cı il təvəllüdlü Nicat Adilova (şərti) hökm oxunub.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanışını döyərək öldürən 16 yaşlı Nicata 9 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, bu ilin may ayında Nicatın atası vəfat edib. O, dostları və tanışları arasında özünə “Ömər” ləqəbi götürüb və hamıdan onu bu adla çağırmasını tələb edib.
Hadisə baş verən gün isə Nicat Ağ Şəhərdəki parkda təxminən 2 ay əvvəl tanış olduğu və orta məktəbin 9-cu sinfində oxuyan Sərxanla görüşüb. Həmin vaxt orada onların digər 4 dostu da olub. Nicat Sərxana səbəbsiz yerə şillə vurub. Sərxan isə buna etiraz etdikdə Nicat onun boynunu özünə sıxaraq yumruqla başına bir neçə dəfə ağır zərbələr vurub. Nəticədə 15 yaşlı oğlan huşsuz vəziyyətə düşüb. Parkdakı yeniyetmələr onu tez bulağın yanına apararaq üzünə su vurublar, lakin qısa vaxt sonra Sərxan vəfat edib.
Məhkəmə prosesi dekabrın 5-də başa çatıb. (“Qafqazinfo”)
-
Magazin121:00Azərbaycanlı aktrisa ana oldu
-
Ekopublika.az20:24Azərbaycan neftinin ən iri idxalçıları - Siyahı
-
Hadisə20:12Nəzarətsiz ərazidə 22 yaşlı gənc batdı
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır





































