Kriminal
Məhkəmə MTN generalı ilə bağlı yeni QƏRAR VERDİ
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili Nadir Nəzirovun cinayət işi üzrə apellyasiya məhkəməsi başa çatıb.
Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Bakı Hərbi Məhkəməsinin hökmünü qismən dəyişdirib. Çıxarılan yeni qərara əsasən, N. Şirinovun həbs müddəti 8 ildən 6 ilə, E.Abdullayevin cəzası 6 ildən 5 ilə endirilib.
Nadir Nəzirov isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün onun barəsində cinayət işinə xitam verilib. MTN əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb. O, daha öncə 4 illik həbs cəzası almışdı.
Qeyd edək ki, N.Şirinov E.Abdullayev, E.Tahirov və N.Nəzirovla mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alıb, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunurdu.
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi









.jpg)

























.jpg)

.jpg)