Kriminal
Bu məktəblinin valideynləri ölkədən qovulur - Cinayət işi açıldı
Rusiyanın miqrasiya orqanları Krasnodardakı məktəblərdən birində bıçaqlanan şagirdin valideynlərini Ermənistana deportasiya edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Xatırladaq ki, hadisə dekabrın 6-da baş verib və münaqişə nəticəsində iki yeniyetmə bıçaqlanıb.
Faktla bağlı səhlənkarlıq və xuliqanlıq maddələri ilə cinayət işi açılıb. Regional əməliyyat qərargahının daha sonra aydınlaşdırdığı kimi, zərərçəkənlər xəstəxanadan buraxılıb və ambulator müalicəyə göndərilib.
Daha sonra məhkəmə xuliqanlıqda şübhəli bilinən məktəblinin həbsindən imtina edib. Onun barəsində müəyyən hərəkətlərə qadağa qoyulması şəklində qabaqlayıcı tədbir seçilib: onun məktəbə getməsinə və internetdən istifadəsinə icazə verilmir. Həmçinin şagirdin valideynlərinin Ermənistandan Rusiya Federasiyasına gəlmə və orada olma qaydalarının pozulması da araşdırılır.
Qeyd edək ki, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 1-ci hissəsinin pozulması halı aşkarlanarsa, o zaman şagirdin valideynləri Rusiyadan inzibati qaydada çıxarılmaqla 5 min rubla qədər cərimə oluna bilər.
Adəm
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi






































