Dünya
Rusiya ilə bağlı iddiaya Stubbdan cavab: Finlandiya mövqeyini dəyişmir
Finlandiya NATO üzvlüyündən çıxmaq niyyətində deyil və alyansda qalacaq. Prezident Aleksandr Stubb Rusiyanın Helsinki qarşısında belə bir tələb irəli sürdüyü barədə yayılan məlumatları təkzib edib.
Publika.az xəbər verir ki, Stubb bu barədə Almaniyanın “Bild” nəşrinin Rusiya-Ukrayna danışıqları zamanı Moskvanın Finlandiyanın NATO-dan çıxmasını tələb etdiyi barədə məlumatını şərh edərkən danışıb.
Prezident bildirib ki, Rusiya nümayəndələrindən belə bir tələb eşitməyib və bu məlumatı ciddi qəbul etmir.
“Finlandiya 2023-cü ildə NATO-ya üzv olub və alyans mövcud olduğu müddətdə onun üzvü olaraq qalacaq. Üzvlüyümüzə yenidən baxılmayacaq”, – deyə Stubb vurğulayıb.
O, Finlandiyanın təhlükəsizliyinin NATO, alyansın təhlükəsizliyinin isə Finlandiya üçün vacib olduğunu bildirib.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Moskvanın Finlandiyanın NATO-dan çıxması ilə bağlı heç bir şərt irəli sürmədiyini açıqlamışdı.
Stubb bu açıqlamaları Berlində Almaniya kansleri Fridrix Mertslə görüşü zamanı verib. Tərəflər Ukraynaya dəstək, eləcə də münaqişənin həlli üzrə danışıqları müzakirə ediblər.
Müəllim: Adəm
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR







































