Daşınmaz əmlak
“AZENCO“ müflis olur?
"AZENCO" ASC-də maaşlar verilmir.
Əldə etdiyimiz məlumata görə artıq şirkətdə iki aydır ki, bu
problem yaşanır. Bir ay öncə şirkətin əməkdaşları maaşlarının
yarısını alıblar. Artıq martın 11-i olsa da işçilərin maaşları hələ
verilməyib. Əməkdaşlara “darıxmayın, yaxın günlərdə əməkhaqqları
veriləcək” deyilib.
Amma ötən ay da eyni vəd alan işçilər yalnız maaşlarının yarısını ala biliblər. Son 3 ayda şirkətdə ixtisarların başlaması da işçilər arasında narahatlığa səbəb olub.
Artıq bir çox əməkdaşın özünə yeni iş yeri axtardığı xəbər verilir. İşçilər "AZENCO" şirkətinin qarşısında etiraz aksiyası keçirmək istəsə də bunun qarşısı alınıb.
Qeyd edək ki, "AZENCO" əməkdaşları maaşlarını "Express" banka
məxsus bankomatlardan alır. "AZENCO" şirkəti "Cristal Hall" və
Dövlət Bayraq meydanının tikintisində podratçı şirkət olub. Eyni
zamanda Sumqayıtda bir neçə zavodun tikintisini həyata keçirib.
Hazırda da adıçəkilən şirkət Dövlət Bayraq meydanında texniki işləri reallaşdırır. Bayrağa da texniki qulluğu bu şirkət edir. Mətbuatda yayılan məlumatlara görə şirkət "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevə məxsusdur.
“AZENCO” şirkəti ilə əlaqə saxlamaq cəhdlərimiz fayda vermədi.
Şirkətdə telefonlara cavab verən olmadı. Şirkətin mövqeyini
öyrənmək üçün “AZENCO”nun rəsmi email ünvanına sorğu göndərdik.
Qarşı tərəfin
mövqeyini işıqlandırmağa hazırıq.
İnterpress.az
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - PROQNOZ
-
İdman06:46Olimpiya çempionları nişanlandılar - FOTO
-
Magazin106:16Emma Ələkbərzadə oğlu ilə belə rəqs etdi - VİDEO
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO


















.jpg)




.jpg)










