Dəb
Hollivud ulduzlarının qırmızı xaçlada şıqlıq yarışı - FOTO
Xəbər verdiyimiz kimi, dünən BAFTA kino mükafatlarının təqdimat mərasimi baş tutub.
Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, Britaniya Film və Televiziya Sənətləri Akademiyası mükafatlarının təqdimat mərasimi Royal Albert zalında təşkil olunub. Oskarın Birləşmiş Krallıqdakı tayı olan bu akademiya hər il film və televiziya əsərlərinə mükafatları verir. Oskara gedən yollardan biri olaraq görülən 71-ci BAFTA-nın təqdimolunma mərasimində Kembric hersoginyası Keyt Middlton, şahzadə Uilyam, aktrisalardan Cennifer Laurens, Ancelina Coli, Salma Hayek, Ceymi Bell, Lyupita Nyonqo, Oktaviya Spenser, Marqo Robbi, Natali Dorman, Emma Roberts və başqaları iştirak edib.
Mükafatlar təqdim olunmazdan əvvəl tanınmışlar qırmızı xalçada fotoqraflara poza veriblər. Tədbirin bütün qonaqları gözlənilən kimi çıxışları üçün qara rəngli dəstlərə üstünlük veriblər.
Bir müddət əvvəl BAFTA təşkilatçıları dəvət məktubları göndərərək qonaqlardan qadın zorakılığına qarşı mübarizə əlaməti olaraq “Qızıl Qlobus 2018”da qoyulan dress-kodu təkrarlamağı xahiş edib. Ulduzlar da bu xahişi yerinə yetirib. Onlar kino və digər sahələrdə gender bərabərsizliyinə etiraz əlaməti olaraq və cinsi təcavüz qurbanlarına qarşı həmrəylik nümayiş etdirmək üçün qırmızı xalçaya qara libaslarda çıxıbalr.
Lakin hamilə hersoginya qeyri-rəsmi dress-kod qaydalarına məhəl qoymayıb. Hər halda bu, kral ailələrinin üzvləri tərəfindən gözlənilən addım idi. Məsələ ondadır ki, krallıq belə hallarda neytrallığını saxlamağa çalışır. Yeri gəlmişkən, Keyt də kifayət qədər tünd çalarlı paltar seçib.
Aytən
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































