Dəb
Çiçək dekoru yayın ən romantik tendensiyasıdır - FOTO
Çiçəklər yaz-yay qarderobunun vacib elementidir. Hər bir qadının qarderobunda ən azı çiçəkli bir aksesuar və ya geyim tapmaq olar.
Publika.az xəbər verir ki, çiçək dekoru əlavə olunmuş ziyafət libasları bu il xüsusilə dəbdədir. Onlar həm güllü donların əla alternativi olacaq, həm də yalnız bir dekorla möhtəşəm obraz yaratmağa imkan verəcək. Paltardakı çiçəklər müxtəlif forma və ölçülərdə ola bilər. Minimalizm pərəstişkarları yaxasında kiçik bir çiçəkli yüngül bluzla kifayətlənəcəklər. Belə bir detal obraza romantika qatacaq, eyni zamanda onu çox iddialı etməyəcək. Klassik çalarlarda və ya sakit pastel rənglərdə olan modelləri axtarın.
Daha cəsarətli geyimlərin pərəstişkarları, şübhəsiz, geniş dekorasiyalı bluzlar və üst geyimlərini bəyənəcək. Çiçək motivləri boyunda və ya qollarda, boyun xəttində və ya beldə yerləşə bilər. Belə top hətta sadə cins şalvarla da möhtəşəm görünəcək - eyni zamanda zərif və rahat yay ziyafəti üçün əla seçimdir.
Məşhur fəşn bloger arasında həcmli çiçək dekorasiyası olan paltarlar da çox populyardır. Eksperimentləri sevirsinizsə, arxa, bel və ya yan tərəfdə kəsikləri olan modellərə diqqət yetirməyi məsləhət görürük. Rənglərə gəldikdə, bütün parlaq çalarlara nəzər sala bilərsiniz: qırmızıdan, parlaq bənövşəyi, mavi və dərin zümrüdə qədər.
Yeri gəlmişkən, yerli influserlərdən Aynişan Quliyeva ilə Nəzrin Nəcəfova yeni trendi artıq sınaqdan keçiriblər. Görünür ki, hər ikisi romantik obrazların pərəstişkarıdır.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































