Dəb
Beli incə göstərən cinslər dəbdədir - FOTO
Qarderobu cins şalvarsız təsəvvür etmək mümkün deyil, onlar istənilən obrazla uğurla uyğunlaşır. Cinslər universal xüsusiyyətə malik olmaqla yanaşı, həm də bədən quruluşundakı qüsurları örtməyə qadirdir. Məsələn, bel ətrafındakı artıq yağlardan narahatsınızsa, sadəcə düzgün modeli seçməlisiniz.
Publika.az xəbər verir ki, bu il xüsusilə hündürbel və enli balaqlı şalvarlar aktualdır.
Cins şalvar seçərkən mütləq bədən ölçülərinə diqqət yetirin. Məsələn, aşağı belli cinslər faktiki olaraq hər kəs üçün deyil, bu variant omba və qarın xəttini vizual olaraq genişləndirir. Belin vizual olaraq daha incə görünməsi üçün hündürbelli cins şalvarlar seçmək daha yaxşıdır. Zəncirbəndi aşağı keyfiyyətli olan cins şalvarları atın. Hətta belə əhəmiyyətsiz bir detal görünüşünüzü uğursuz edə bilər, o yumrulanacaq və parçanın qatlanmış formaları həcm əlavə edəcək.
Kəmərlər də mühüm rol oynayır. Açıq cins ilə ziddiyyətli kəmərləri seçin, tünd modellərlə vahid bir ansambl yaratmaq üçün uyğun aksesuar taxmaq daha yaxşıdır. Həm də kəməri həddən artıq sıxmayın, əks halda bel ətrafındakı artıq yağlar kənardan görünəcək. Cins şalvarın rəngi də görüntünün vizuallığına təsir göstərir. Çoxdan sübut edilib ki, tünd modellər bədəni olduğundan daha incə göstərmək effektinə malikdir.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı












.jpg)





.jpg)

















