Dəb
Məşhur stilistdən Yeni il axşamı üçün tövsiyələr - FOTO
Rusiyalı stilist Vladislav Lisoveç Yeni il axşamı qara paltarlarla parlaq aksessuarlara üstünlük verməyi tövisyə edib.
Publika.az xəbər verir ki, ekspertin fikrincə, qara, Yeni il üçün ən təntənəli və gözəl bir rəngdir.
"Mən özüm də bayramı hər il qara rəngli paltarda qarşılayıram, sadəcə bəzi rənglər əlavə edirəm. Qadınlar broş, şərf, sırğalar, baş geyimləri və fərqli rəngli ayaqqabılarla obrazı zənginləşdirə bilərlər. Mən hələ də qara rəngin tərəfdarıyam", - moda eksperti bildirib.
Bundan əlavə Lisoveç əlvan və cəlbedici rənglərə də diqqət yetirməyi, biserli paltarlardan qorxmamağı tövsiyə edib: "Düşünürəm ki, bayramı tünd yaşıl, tünd firuzəyi kimi parlaq rəngdə qeyd etmək çox gözəl olar. Mavi çalarları çox gözəl görünür".
Daha sonra o, uğurlu obrazlar yaratmağın sirrini açıb. Mütəxəssis Avropa səfərindən sonra yaranan müşahidələrini bölüşüb. O bildirib ki, Avropada insanlar moda həftələrində kamera qarşısında poza verməyə can atmır, başqalarının xoşuna gəlməyə çalışmırlar, ancaq hiss etdikləri kimi yaşayırlar və geyinirlər. Moda tənqidçisi Avropa ölkələrində sadə insanların obrazlarının azadlıq ruhu aşıladığını vurğulayıb və "Mən bunu küçələrimizdə daha tez-tez görmək istərdim" deyib.
Aytən Məftun
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya






























.jpg)









