Dəb
İşgüzar xanımlar üçün ən ideal ayaqqabı dəbi - FOTO
Loafer ayaqqabılar məktəbli üslubunun vacib elementidir və bu dəb cərəyanını qat-qat yubkasız təsəvvür etmək mümkün deyil.
Publika.az xəbər verir ki, payız və qış aylarında yenidən gündəmə gələn loafer ayaqqabılar yaz aylarında da dəbdə olmağa davam edəcək.
Yubka ilə

Stilistlərin sözlərinə görə, loaferlə qat-qat yubkalar xüsusilə ahəngdar duet təşkil edir. Bununla belə, özünüzü yalnız bir məktəbli yubkası ilə məhdudlaşdırmaq lazım deyil. Klassik qısa yubkalar da ideal seçimdir. Əsas odur ki, kəsim çox dar olmasın, əks halda ayaqlar, həqiqətən olduğundan daha böyük görünəcək.
Klassik şalvarla

Ofis geyimləri loaferlər ilə mükəmməl "dostluq edir", çünki belə bir ayaqqabı işgüzar obrazın ciddi təbiətini qoruyaraq narahat dikdabanları əvəz edəcək. Sadəcə çox uzun və geniş şalvar seçməyin ki, ayaqqabılar onların altında tamamilə itməsin. Düz və bir qədər boş modellər ən yaxşı variant olacaq, ən əsası belə bir geyimi hər hansı bir köynəklə tamamlaya bilərsiniz.
Qısa cins

Loaferin qısa cinslərlə uyğunluğu da mükəmməldir. Lakin bir məqamı nəzərə almaq vacibdir, cins şalvarlar topuq ətrafında çox dar olmamalıdır, əks halda ayaqlarınız daha qısa görünəcək. Odur ki, çox dar cinslərə yox deyin və ayaq biləyinin üstündə bitən enli şalvarlara üstünlük verin.
Şortiklərlə

Loeaferlər ciddi görüşlərdə belə şort ilə kostyum geyinməyə imkan verir, həm də rahat üslubunuzu tarazlayır. Yalnız kostyum materialından modelləri seçin, cins variantlarda bu cür ayaqqabılar yöndəmsiz görünür. Orta uzunluqlu corabları da unutmayın, onlar bu görünüş üçün tam uyğundur.
Midi yubkalar

Bu modellər qısa yubkarlarla birlikdə daha çox geyinilsə də, midi yubkaları unutmaq olmaz. Bu uzunluqdakı ətəklər ciddi ayaqqabılarla, demək olar ki, mükəmməl birləşir.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı












.jpg)





.jpg)

















