Dəb
Şalvarlara ən yaxşı əvəzləyici - Düzgün geyinilibsə
Qızların çoxu lasinləri (leggings) az qiymətləndirir və onları yalnız idman paltarları kimi qəbul edirlər. Və nahaq yerə, stilistlər hesab edir ki, lasinlər şalvarların ən yaxşı əvəzləyicisi ola bilər. Bunu dəb bloggerlərinin timsalında da görmək olar. Əsas odur ki, seçdiyiniz model bədən quruluşunuza uyğun olsun.
Publika.az modapərəst oxucuları qarderobunuzda kök salacaq lasin trendi ilə tanış edib.
Zəncirbəndli və ya ipli


Son bir neçə ildə dəbli qızların qarderoblarında ipli və zəncirbəndli lasinlər yer tutmağa başlayıb. Yalnız bir kiçik detal geyimə tamamilə fərqli əhval-ruhiyyə verir. İstənilən ayaqqabı ilə eyni dərəcədə gözəl görünürlər, hətta idman və hündürdaban ayaqqabılarla. Başqa bir üstünlüyü ondadır ki, zəncirbəndin yaratdığı şaquli kəsiklər ayaqları vizual olaraq uzadır və onları sözün əsl mənasında uzun göstərir.
Üzəngi effekti

Eyni siluetin başqa bir variantı üzəngili lasinlər. İdman şalvarından götürülmüş bu detal yalnız bəzək funksiyasını yerinə yetirmir, həm də bədənə tam oturmasını təmin edir. İnstaqramın moda qəhrəmanlarının hiyləsinə diqqət yetirin: əgər siz hündürdaban ayaqqabılarla belə lasin geyinirsinizsə, o zaman xətti dabana taxmaq olar.
Klassik

Əksər qızlar klassik qara rəngi seçirlər, lakin rəng palitrası bununla bitmir. Qəhvəyi və boz rənglər də daha az yönlü deyil: onlar bütün çalarlarla, lakin xüsusilə parlaq, hətta neon rənglərlə əla görünürlər. Bununla belə, pastel rənglərə də nəzər salmaq olar.
Bərbəzəkli
Bəzədilmiş versiyaları təntənəli mərasimlərdə istifadə edilə bilər. Bunun üçün daş-qaşvə strazlarla işlənmiş zərif variantları seçmək lazımdır.
Trikotaj


Trikotajlar da orijinal seçim olacaq. Məsələn, standart likra əvəzinə, trikotaj lasinləri seçə bilərsiniz. Onlar dərhal görünüşünüzə rahatlıq gətirəcək, həmçinin ciddi gödəkçələri və pencəkləriylə effektiv görünürlər.
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






























.jpg)



