Dəb
Baharın əsas rəngi YAŞIL OLACAQ - FOTO
"Pantone" Rəng İnstitutu hər mövsümün trend rəngləri açıqlamasına baxmayaraq, brendlərin yaz-yay kolleksiyalarında siz daha parlaq və dəbli çalarlar tapa bilərsiniz.
Publika.az xəbər verir ki, bu yaz laym yaşılı ən çox dəbdə olan rənglərdən biri olacaq. Yaşılın bu şən kölgəsi moda arenasında olduqca darıxdırıcı çalarları əvəz edə və mövsümün ən aktual rəngləri siyahısına daxil ola bilib.
Dizaynerlər ilk növbədə obrazda yeganə parlaq rəng kimi laym tonlarından istifadə etməyi məsləhət görür. Biz bu nümunəni podiumlarda da görə bilərik. Məsələn, Viktoriya Bekhemin yaz-yay kolleksiyasında Bella Hadidlə Kendal Jenner podiuma eyni rəngli geyimlərdə çıxdı. Paltarın özü olduqca sadə olsa da, rəng sayəsində çox təsirli bir görünüş yaradır.

"Prada" moda evinin kolleksiyasında isə yaşıl ancaq aksessuarlarda qarşımıza çıxır.

Oxşar nümunələri həm lüks, həm də demokratik brendlərin kolleksiyalarında görmək olar. Ümumilikdə bu tonun başqa bir parlaq rənglə birləşməsini görmək imkansızdır. Dizaynerlər ya tamamilə monoxrom obrazlara üstünlük veriblər, ya da yaşıl rəngi qara və ağla uzlaşdırmağa çalışıblar.
Bununla belə, əgər siz rəngləri birləşdirməyi sevirsinizsə, sınaq keçirə bilərsiniz. Əsas çaları yaşılın fərqli tonları, pastel kimi daha sakit və yumşaq, ya da mavi, sarı və ya narıncı kimi ziddiyyətli rənglərlə qarışdırmaq olar.





-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































