At yəhərləri hazırlayan emalatxana milyardları necə qazandı?
Bizi izləyin

Dəb

At yəhərləri hazırlayan emalatxana milyardları necə qazandı?

“Hermes” moda evinin qurucusu Terri Ermes 10 Yanvar 1801-ci ildə anadan olub. Təxminən 200 il əvvəl Parisdə kiçik bir emalatxana açan usta, görəsən təsəvvür edə bilərdimi ki, dünyanın ilk lüks brendinə çevriləcək?

Publika.az oxucuları sözügedən markanın kiçik emalatxanadan başlayan uğur hekayəsi ilə tanış edir.

Terri Ermesin uşaqlığı çətinliklər içində keçib, müharibələr və xəstəlik səbəbindən bütün ailəsini itirib. Ancaq gəncin istedadı var idi, dərini ustalıqla emal edirdi. 37 yaşında Terri Parisə köşməyə, yəhər və at cilovları istehsalı emalatxanası açmağa qərar verdi. Vaxt keçdikcə Ermes biznesini genişləndirdi və atçılar və qolfçular üçün formalar tikməyə başladı. Özünəməxsus güclü tikiş texnikası isə moda dünyası üçün əsl yenilik idi. Həmin illərdə at sürmək bütün aristokratlar üçün dəbdə olan hobbiyə çevrilmişdi, hətta III Napoleon və onun həyat yoldaşı da brendin müştəriləri arasında idi. Bu xidmətlərinə görə Terri iki dəfə Parisdə keçirilən Ümumdünya Sərgisində mükafatlandırılıb.

1880-ci ildə Terrri biznesin idarəçiliyini oğlu Çarlz-Emilə təhvil verdi. O, brendi inkişaf etdirmək qərarına gəldi, artıq hər kəs “Hermes” məhsullarını ala bilərdi. Atlar üçün sursat ucuz olmasa da, dünyada həmişə onlara pul xərcləyən müştərilər olub. Zadəganlar da keyfiyyətli qoşqudan məmnun idi. 1900-cü ildə Hermes ilk yəhər çantasını təqdim etdi.

Terrinin kiçik nəvəsi Emil Moris də ailə biznesinə qoşulmuşdu. Yeni texnologiyalar və materiallar onun maraq dairəsində idi. Ən yaxşı timsah dərisini Avstraliyadan, kərtənkələ dərilərini isə Malayziyadan alırdı. Həmin illərdə atlar artıq avtomobillərlə əvəzlənmişdi, ona görə də brendin ənənəvi yanaşması dəyişdirilməli idi. Bu işdə Emil Morisə İsveç ixtirası kömək etdi. Bu yenilik bu gün bütün geyim sənayesində istifadə olunan və hamımız tanıdığı zəncirbəndlər idi. “Hermes” zəncirbəndlərin hüquqlarını aldı və sıçrayış yaradan ilk “zamoklu” gödəkçəsini təqdim etdi. Daha sonra həyat yoldaşı üçün rahat çanta hazırladı, bununla da “Hermes” yeni bir mərhələyə qədəm qoydu. Qadın paltarları və ətirin xəttinin yaradılması, eləcə də əfsanəvi ipək yaylığın satışa çıxarılması eyni dərəcədə uğurlu alındı.

Əfsanəvi moda ikonalarının qarderobunda “Hermes”in yeri

Грейс Келли, 1961 год

1951-ci ildə brendin başına Robert Dumas keçdi. O, fayton və at fiqurlarından ibarət loqo hazırladı, həmçinin “Hermes” məhsullarının qablaşdırılmasında istifadə olunan qutuların rəngini seçdi. Narıncı qutular bu günə qədər qızların xəyallarını bəzəməyə davam edir. Brendin pərəstişkarları arasında Qreys Kelli də var idi. Hamiləliyini gizli saxlayan ulduz ictimaiyyət qarşısına qarnını müvəffəqiyyətlə gizlədən “Hermès Sac à dépêches” çantası ilə çıxırdı. Stil ikonasının seçimi alıcıları ilhamlandırıdı, beləliklə ən çox arzulanan məhsula çevrildi. Sonradan model Monako şahzadəsinin şərəfinə Kelli adlandırıldı.

Показ Hermès, 1986 год

1970-ci illərdə moda evi çətin günlər yaşayırdı, çünki bir çox brendlər süni materiallardan istifadə etməyə başlamışdı, “Hermes” hələ də təbii materiallardan istifadə edirdi ki, bu da çox baha başa gəlirdi. Vəziyyəti ətir xəttinin populyarlığı, eləcə də Ceyn Birkin xilas etdi. Onun üçün marka, çoxlu cibləri olan eyniadlı əfsanəvi çanta hazırladı və ulduz bunu olduqca əlverişli hesab etdi. “Birkin” çantalarını mağazadan almaq qeyri-mümkündür, bunun üçün bir neçə il növbəyə dayanmalı və sifariş verməlisiniz, çünki aksesuarın qiyməti 10.000 dollardan başlayır.

Ultra lüks

Джейн Биркин с сумкой Birkin

Moda sənayesinin sürətlə inkişaf etməyə davam etməsinə baxmayaraq, “Hermes” hələ də ən dəbdəbəli brendlərdən biri hesab olunur. Geyim, aksesuar və ətriyyatla yanaşı, moda evi unikal qab-qacaq istehsal edir, moda sənayesinin əsas paytaxtlarında yeni butiklər açılır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm