Dünya
Ukraynada bələdiyyə seçkiləri keçirilib
Oktyabrın 25-də Ukraynada yerli seçkilər keçirilib. Seçicilər Rusiya yönümlü separatçıların nəzarəti altında olan şərq regionu və Rusiyanın ilhaq etdiyi Krım istisna olmaqla, Ukraynanın hər yerində bələdiyyə sədri və bələdiyyə orqanlarına nümayəndələr seçirlər.
Seçki məntəqələri yerli vaxtla səhər saat 8-də açılıb və axşam 8-də qapadılıb. Seçkidə 200-dən çox seçki məntəqəsinin qapısı bağlı qalıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, daha çox pozuntular Mariupol və Krasnoarmeyskidə qeydə alınıb. Yerli seçki komissiyaları səhv çap edilmiş bülletenləri qeydə almaqdan imtina etdiklərinə görə həmin rayonlarda seçki ləğv edilib.
“Petro Poroshenko bloku” partiyasından bildirilib ki, Mariupolda seçkinin ləğvinə səbəb bülletenlərin keyfiyyətli hazırlanmaması, onların tirajı üzərində nəzarətin itirilməsi olub. Prezident tərəfdarları Mərkəzi Seçki Komissiyasına müraciət ediblər ki, Mariupolda səsverməni başqa vaxta təyin etsin.
Bütövlükdə Ukraynada bu gün 30 mindən çox seçki məntəqəsinin açıldığı deyilir. Ölkədə şəhər merləri və 10 mindən çox bələdiyyə sədr və nümayəndələri seçilir.
-
Dünya06:1610 yaşlı qız NASA-dan elə bir şey istədi ki... - Foto
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat10 Aprel 19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama



































