Dünya
Abdullah Gül Ərdoğana ana müxalifət olur – AKP-dən SƏRT ÇAĞIRIŞ
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gül arasında münasibətlər getdikcə daha da gərginləşir.
Publika.az "Haber” telekanalına istinadən xəbər verir ki, AKP-nin komitə sədri olan millət vəkili Mustafa Elitaş eks-prezident Abdullah Gülə sərt çağırış edib.
AKP rəsmisi Abdullah Gülü spekulyasiyalara son qoymağa çağırıb: “Hazırda Türkiyə siyasətində Abdullah Gül üzərindən böyük spekulyasiyalar həyata keçirilir. Abdullah Gül bu cür spekulyasiyalara son qoymalıdır. Əminəm ki, bu spekulyasiyalarda Abdullah Gül də maraqlıdır. Əks halda, çıxıb öz bəyanatını verər və məsələ bitərdi. Əgər Abdullah Gül bu məsələlərdən narahatlıq keçirmirsə, deməli yaranan bu vəziyyətdən hər kəs zərər görəcək. Bir daha söyləyirəm, Abdullah Gül adı üzərindən həyata keçirilən spekulyasiyaya konkret cavab verməlidir”.
Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş rəhbəri, millət vəkili Dəniz Baykal 2019-cu ildə keçiriləcək prezident seçkilərində Abdullah Gülün namizədliyinin də irəli sürülməsini təklif edib.
Onu da bildirək ki, 2007-2014-cü illərdə Türkiyə prezidenti olmuş Abdullah Gül dövründə hökumətə rəhbərliyi indiki prezident Rəcəb Tayyib Ərdoğan edib.
Vasif Həsənli
-
Dünya22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi






























.jpg)


