Dünya
G7 Kiyevə “əməliyyatlara davam et” dedi
“Böyük yeddilik” (G7) ölkələri – ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya Ukraynanın şərqində aparılan antiterror əməliyyatları dəstəkləyib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə G7-nin Belçikada keçirilən zirvə toplantısına dair rəsmi məlumatında deyilir.
Xatırladaq ki, G7-nin zirvə toplantısı dünən Belçikada başlayıb. Ölkə liderlərinin görüşündə iqtisadi, siyasi və təhlükəsizlik məsələləri, eyni zamanda, Ukrayna böhranı ilə bağlı müzakirələr aparılıb.
“Biz qanunsuz silahlı birləşmələri təslim olmağa çağırırıq. Biz həmçinin Ukrayna hakimiyyətini qanuniliyini və sülhün bərpası üzrə əməliyyatların keçirilməsinə təmkinli yanaşmanı saxlamağa çağırırıq”,– G7-nin liderləri bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama və Ukraynanın yeni
seçilmiş prezidenti Pyotr Poroşenko iyunun 4-də Polşanın paytaxtı
Varşavada görüşüb. Görüşdə Ukraynadakı vəziyyətin tənzimlənməsi
planı və Kiyevin Rusiyadan enerji asılılığının azalması məsələsi
müzakirə olunub. Obama və Poroşenko ABŞ-ın Ukrayna Silahlı
Qüvvələri və hərbçilərinin hazırlığında mümkün iştirakına da
toxunublar.
ABŞ prezidenti bildirmişdi ki, G7-nin Brüssel toplantısı beynəlxalq
ictimaiyyətin Poroşenkonu dəstəklədiyini nümayiş etdirəcək.
Ömər Dağlı
-
İdman01:11Yaxşı olar ki, bir şey deməyim - Koxalski nəyə əsəbləşib?
-
İdman01:05Elvin məğlubiyyəti şərh etdi: Bu, Qurban Qurbanovun qərarıdır, qarışmasam yaxşıdır
-
İdman00:41Qurban Qurbanovdan məğlubiyyətə reaksiya
-
Magazin110 Dekabr 23:55Pərvindən şəxsi həyatı ilə bağlı ETİRAF - Hamısı ilə nişanlı olmuşam
-
İdman10 Dekabr 23:39"Qarabağ" "Ayaks"a məğlub oldu - VİDEO/YENİL ƏNDİ
-
Art10 Dekabr 22:36Daha bir ölkə İsrailə görə “Eurovision 2026”dan imtina etdi
-
MDB10 Dekabr 21:57Rusiyada bazarda güclü YANĞIN: partlayış səsləri eşidildi - Xəsarət alanlar var
-
Elm və təhsil10 Dekabr 20:10Nazir rəydə ona təşəkkür etmişdi: Gündəm olan müəllim DANIŞDI - VİDEO
























.jpg)








