Dünya
BMT də Bağdaddan çıxdı
BMT təhlükəsizlik tədbirləriylə əlaqədar Bağdaddan öz
əməkdaşlarının bir hissəsini çıxarır.
Bu haqda ümumdünya təşkilatının rəsmi nümayəndəsi Farxan Xak
xəbər yayıb.
"Bu gün 58 əməkdaş Bağdaddan Omana və İordaniyaya yerləşdirilib", -
deyə Farxan Xak İraqda vəziyyətin pisləşməsiylə əlaqədar
jurnalistlərə bildirib.
Onun sözlərinə görə, daha sonra onların İraqın Ərbil şəhərinə
köçürülməsi planlaşdırılır. "Artıq Bağdaddan əməkdaşların
köçürülməsi faktı orada vəziyyətin ciddiliyi haqqında xəbər verir",
- deyə Farxan Xak qeyd edib.
Xatırladaq ki, İraqda vəziyyət son günlərdə kəskin pisləşib. "İraq
Şam İslam dövləti" qruplaşmasının döyüşçüləri Mosul və Tikrit kimi
böyük şəhərləri tutublar və əsas niyyətləri Bağdadı ələ
keçirməkdir.
İraq hərbi qulluqçuları ekstremistlərin güclü təzyiqi altında bu rayonlardan qaçıblar. Bir çox hərbçilərin əsir götürüldüyü deyilir. Terrorçular tərəfindən edam edilənlər haqda da xəbər yayılıb. Terrorçuların hərəkətlərinə cavab olaraq İraq hökuməti parlamentdən bütün ölkə üzrə fövqəladə vəziyyət elan etməyi tələb edib, ancaq cümə axşamı kvorum olmadığına görə parlament bu qərarı qəbul etməyib. /ans/
-
Sosial16:27Qar yağacaq – Xəbərdarlıq
-
Magazin216:02Xalq artistinin son durumu: Əsa ilə gəzir - VİDEO
-
Hadisə15:52Laçın-Şuşa yolunda ağır qəzada yaralananların durumu açıqlandı - Yeniləndi/Foto
-
Rəsmi xronika15:03İlham Əliyev açıqladı: Bu yaxınlarda Türkiyədə...
-
Dünya14:40Tramp İrana hücumda dost-düşməni tanıyıb: Fransa əla iş gördü, İngiltərə isə...
-
İdman14:03Ronaldo Səudiyyə Ərəbistanıdan qaçıb? - Təyyarəsi bu ölkəyə enib
-
İdman13:16Qurbanovun müəmmalı seçimi, Dambrauskasın səhvi: Kimin bu yerlərə necə gəldiyi bilinəcək
-
Sosial12:55Sabah yağış yağacaq - PROQNOZ



























.jpg)






