Dünya
UNESCO-nun "Dünya Mədəni İrsi" siyahısına salınan 500 illik qala kül oldu - FOTOLAR
Yaponiyanın Okinava bölgəsində yerləşən tarixi Şuri qalası yanıb.
Publika.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi informasiya yayıb.
Xəbərə görə, hadisə yerli vaxtla saat 02:40-da baş verib.
Əsas binadan başlayan yanğın ətrafdakı digər taxta tikililərə də sürətlə yayılıb. Alovun qarşısını yalnız 13:30-da almaq mümkün olub. Yanğınsöndürmə briqadaları “Seiden” adlı əsas bina ilə yanaşı, “Hokuden” şimal binası və “Nanden” cənub binasının kül olduğunu bildirib. Ümumilikdə isə yanğın zamanı 7 bina zərər çəkib. Yaponiya hökumətinin baş katibi Yosihide Suqa mətbuata açıqlamasında qalanı yenidən inşa etmək üçün əllərindən gələni edəcəklərini açıqlayıb.
Hadisə zamanı ölən və yaralanan olmayıb. Məbəddən 30-a yaxın insan təxliyə edilib.
Səbəblər araşdırılır.
Qeyd edək ki, Şuri qalası 2000-ci ildə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) "Dünya mədəni irsi" siyahısına salınıb. Qala Ryukyu Krallığı dövründə (500 il əvvəl), eyni zamanda İkinci Dünya Müharibəsi zamanı ciddi zərər görmüşdü. Sonradan restavrasiya edilərək milli park kimi fəaliyyətə başlamışdı.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)
















.jpg)
.jpg)
