Dünya
Azyaşlı qız və oğlanlara təcavüz edib ölkədən qaçdılar - Əsgərlərlə bağlı BİABIRÇI FAKT
Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qoşunlarının əsgərləri Haitidə olduğu dövrdə iyrənc əməllər törədib.
Publika.az xəbər verir ki, əsgərlər gənc qızlara və azyaşlı oğlanlara təcavüz edib.
Birminqem və Ontario Universitetlərinin araşdırmaçıları Haitidə 2500 nəfərlə görüşərək Sülh Ordusunun təsirlərini araşdırıb. “The Conversation” adlı akademik saytda yayımlanan araşdırmanın nəticələrinə görə, 11 yaşlı qızlar cinsi istismarın qurbanı olaraq hamilə qalıb. Səfalət içində, təkbaşına uşaqlarını böyütmək məcburiyyətində olublar.
Hamiləliyin ortaya çıxmasından sonra həmin əsgərlər öz ölkələrinə geri göndərilib.
265 nəfər BMT əsgərlərinin qızlara təcavüz etməsindən danışıb. Haitili evli kişi isə bu sözləri deyib: “Buraya gəlib qadınlarla yatır, öz ehtiyaclarını qarşılayırlar. Daha sonra onlara 5 dollar verib gedirlər”.
Bir başqası isə əsgərlərin qadınları QİÇS-ə yoluxdurmasından şikayətlənib.
Qeyd edək ki, Haiti uzun zaman qeyri-sabitlik və təbii fəlakətlərdən əziyyət çəkib. Burada 2004-cü ildə fəaliyyətə başlayan BMT Sülh Ordusunun missiyası 2017-ci ildə başa çatıb. Braziliya ordusunun idarə etdiyi və əksəriyyəti Latın Amerikası ölkələrinin əsgərlərindən ibarət ordunun yarısı polis olmaqla, 5 min nəfər olub.
Sülh ordusu, bundan əvvəl Haitidə “Ebola” virusunun yayılmasında ittiham edilmişdi. 2010-cu ildə 300 mindən çox insanın ölümünə səbəb olan zəlzələnin yardım işlərinə qatılan BMT ordusu, kanalizasiya sularını çaya axıtdığı üçün virus yayılmışdı.
Zümrüd
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi































