Dünya
Çin ABŞ-ın Honkonq tələbinə qarşı çıxdı
ABŞ Honkonqdakı hökumət əleyhinə qruplara qarşı mübarizəni gücləndirmək üçün yeni təhlükəsizlik qanunlarını qəbul etmək cəhdinin "beynəlxalq sülh və təhlükəsizlik mövzusunda qlobal narahatlıq" səbəbilə BMT Təhlükəsizlik Şurasında müzakirə edilməsini istəyib. Lakin Çin bu istəyə qarşı çıxıb.
Publika.az xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəliyindən verilən açıqlamada 1984-cü ildə imzalanan “Çin-İngiltərə Birgə Bəyannaməsi” ilə Çinin inzibati muxtariyyətinə və azadlığına zərər verməsindən narahat olduğu ifadə edilir.
ABŞ-ın "şəffaflıq və beynəlxalq hesabatlılıq" narahatlığı ilə Çinin tələbinə qarşı olduğu deyilən açıqlamada Çin koronavirus pandemiyasından istifadə edərək Honkonq planından dünyanı yayındırmaq və "başqa istiqamətə yönləndirmək" cəhdində günahlandırılır.
Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun Tvitter hesabında verdiyi açıqlamada ABŞ-ın Çinin daxili işlərinə aid olan "Honkonq məsələsini" BMT Təhlükəsizlik Şurasının müzakirəsinə vermək istəklərini qəti şəkildə rədd etdiklərini deyib: "Faktlar bir daha göstərir ki, ABŞ dünyanın problemli ölkəsidir. ABŞ beynəlxalq hüquq normalarına uyğun öhdəlikləri pozur. Çin bu ölkəni güc siyasətinə və təhqiramiz tətbiqetmələrə son qoymağa dəvət edir ''.
Qeyd edək ki, 2003-cü ildə qəbul olunan "Honkonq Milli Təhlükəsizlik Qanunu" Pekin hökumətinin bölgədə təsirini gücləndirmək üçün ən vacib sənəd sayılır.
Akqabay
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)