Dünya
İzdihamsız qalan Kəbə - FOTO
Dünyanı cənginə alan pandemiya fonunda Səudiyyə Ərəbistanında zəvvarların Həcc ziyarəti də başlayıb.
Publika.az xəbər verir ki, bu il Həcc ziyarəti hər zamankindən çox fərqli baş tutur. Belə ki, dünyanın dörd yanından milyonlarla müsəlmanın axın etdiyi müqəddəs torpaqları bu il cəmi 1000 zəvvar ziyarət edə biləcək. Səudiyyə Ərəbistanı rəhbərliyi ancaq ölkədə olan müsəlmanların çox məhdud bir hissəsinə ziyarət üçün icazə verib.
Nəticədə müqəddəs Kəbə ətrafında heç kimin görməyə öyrəşmədiyi görüntülər meydana çıxıb.
Bu gün zəvvarlar Mina çölünə səfərə başlayıblar. Sabah isə Qurban bayramının ərəfəsi – Ərəfə günü qeyd olunacaq.
Qeyd edək ki, zəvvarlar ziyarətləri boyunca maskadan istifadə edəcəklər. Kəbə və ətrafı dezinfeksiya edilib. Zəvvarlar qollarına taxılan xüsusi qolbaqla izlənilirlər. Mütəmadi olaraq onların hərarətləri ölçülür.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)