Dünya
Yüz minlərlə dənizçi sahil üzünə HƏSRƏT QALIB
Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən səyahət məhdudiyyətləri nəticəsində hazırda dünyada təxminən 400 min dənizçi, gəmi heyətinin üzvü və açıq dənizdə çalışanlar sahilə çıxa bilmir, onlar arasında hətta 17 aydan bəri dənizdə olanlar var.
Publika.az xəbər verir ki, bu məlumatı oktyabrın 6-da Cenevrədə BMT-nin İnsan Haqları Bürosu yayıb. Büro bunu qeyri-insani vəziyyət adlandırıb və beynəlxalq dənizçilik qaydaları, eləcə də əmək standartlarına görə sahilə çıxmadan gəmi göyərtəsində fasiləsiz olaraq qalma müddətinin maksimum 11 ay olduğunu vurğulayıb.
Büro dünya ölkələrinə müraciət edərək dənizçilərin vəziyyətinin yaxşılaşdırılması üçün çıxış yolları tapmağa çağırıb. Eyni zamanda, gəmilərlə yük daşıyan beynəlxalq şirkətlərin bu istiqamətdə hökumətlərə təzyiq etmələrinin vacibliyi qeyd edilib. Həmçinin bildirilib ki, məhdudiyyətlər bütün dənizdə çalışanlara, yəni konteyner və yük gəmiləri, balıqçı gəmiləri, neft və qaz platformalarının işçiləri üçün də yüngülləşdirilməlidir.
Nəzərə alınmalıdır ki, dünya üzrə beynəlxalq ticarət mallarının 90 faizi gəmilərlə daşınır. Qeyd edilib ki, məhdudiyyətlərin uzun müddət tətbiq edilməsi dənizdə çalışanların hərəkət sərbəstliyi və ailə həyatı kimi insan haqlarının pozulması ilə yanaşı, onların psixoloji durumlarına da zərbə vurur.
Eyni zamanda, bildirilib ki, dənizdə “ilişib qalan“ işçilərlə yanaşı, təxminən bir o qədər də dənizçi beynəlxalq daşımaların təxirə düşməsi və azalması nəticəsində dənizə çıxa və öz peşə fəaliyyətləri ilə məşğul ola bilmir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
























.jpg)
.jpg)





