Dünya
Quterrişdən ŞOK AÇIQLAMA: "İnsan intihara bərabər müharibə aparır"
İnsan təbiətlə intihara bərabər müharibə aparır.
Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, BMT-nin baş katibi Antoniu Quterriş bu barədə Kolumbiya Universitetində çıxışı zamanı deyib.
“Bəşəriyyət təbiətlə müharibə aparır. Bu intihardır. Təbiət hər zaman cavab zərbəsi endirir və artıq bunu artmaqda davam edən gücü və qüvvəsi ilə edir”, - deyə Antoniu Quterriş bildirib.
Onun sözlərinə görə, bioloji müxtəliflik dağıdılır, bir milyon növ məhv olmaq təhlükəsi qarşısında qalıb. Ekoloji sistem göz önündə tələf olur, səhralar genişlənir. “Biz hər il 10 milyon hektar meşə sahəsini itiririk”, - deyə BMT-nin baş katibi əlavə edib.
Antoniu Quterriş bildirib ki, plastik tullantılar içərisində boğulan dünya okeanı tükənir və mərcan rifləri məhv olur. Havanın çirklənməsi səbəbindən hər il 9 milyon insan həyatını itirir. İnsanlar heyvanların yaşayış mühitinə daha çox daxil olur və vəhşi təbiəti məhv edir.
“Unutmayaq ki, insan həyatına təhlükə törədən yeni infeksiyaların 75 faizi heyvan mənşəlidir”, - deyə Antoniu Quterriş vurğulayıb.
Baş katib qeyd edib ki, Dünya Meteorologiya Təşkilatının və BMT-nin ətraf mühit barədə proqramının iki məruzəsi bəşəriyyətin iqlim fəlakətinə nə qədər yaxın olduğunu göstərir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)
















.jpg)
.jpg)
