Dünya
Dünyanın ən böyük aysberqi PARÇALANDI
Tədqiqatçılar dünyanın ən böyük aysberqinin ikiyə ayrıldığını müşahidə ediblər.
Publika.az "Haytek"ə istinadla xəbər verir ki, Avropa Kosmik Agentliyi (AKA) parçalanmanın dəqiq səbəblərinin hələ aydın olmadığını, lakin buz qayasının Cənubi Qeorqiya sahil xəttinin bir neçə on kilometrliyində aralıda suyun dayaz yerində üzməsi buna təsir etdiyini ehtimal etmək olar.
Alimlər son bir neçə gündə aysberqin saat əqrəbi istiqamətində döndüyünü və bir ucunun suyun dayaz yerində hərəkət etdiyini də qeyd ediblər. Bu ərazidə dəniz dibinin dərinliyi cəmi 200 m təşkil edir və bu səbəbdən aysberq okean dibinə toxuna bilərdi. Buna görə də tədqiqatçılar aysberqin parçalana biləcəyini güman edirdilər.
Aysberq A-68 2017-ci ilin iyul ayında Larsen şelf buzlağından qopub. O vaxt onun sahəsi 5.8 min kvadratkilometr idi. Ölçüsü 175 km x 50 km, orta qalınlığı 190 m, kütləsi 1 trilyon ton idi. A-68-in ayrılması “Larsen C” şelf buzlağının ümumi sahəsini 12 faiz azaldıb.
İndi buzlağın ölçüsü azalıb, çünki 175 kvadrat kilometrlik parça ondan qopub. Alimlər bunu buzlağın sonunun başlanğıcı hesab edirlər - A-68 tədricən kiçik parçalara ayrılmağa başlayacaq. Suonsi Universitetinin tədqiqatçısı Adrian Lakmanın sözlərinə görə buzlağın parçalanma prosesi illər davam edəcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
