Dünya
Antarktida parçalandı, Sankt-Peterburq boyda aysberq qopdu
2020-ci ilin noyabrında Brant şelf buzlağında nəhəng bir çat meydana gəldi və o, düz fevralın 26-dək, buzlaq tam qopana qədər böyüməkdə davam edib.
Publika.az “nat-geo.ru” saytına istinadla xəbər verir ki, Britaniyanın Antarktidadakı Xidmət mərkəzində (BAS) bu hadisə çoxdan gözlənilirdi.
“Bizim BAS-dakı komandalarımız uzun illər idi ki, aysberqin Brant şelfi buzlağından qopmasına hazırlaşırdılar. Yaxın həftələrdə aysberq gedə bilər yaxud da, buzlağın yanında qalaraq saya otura bilər”, - deyə BAS-ın direktoru Ceyn Frensis söyləyib.
BAS-dan bildiriblər ki, parçalanma təbii proses nəticəsində baş verib və buna iqlim dəyişikliyinin səbəb olmasına dair heç bir dəlil yoxdur. Qalınlığı 150 metr olan Brantın şelf buzlağı ildə 2 kilometr sürətlə qərbə doğru irəliləyir və daim aysberqlər yaradır. Amma indiki aysberq çox böyükdür. Onun ehtimal olunan ölçüsü 1270 kvadratkilometr təşkil edir ki, bu da Sankt-Peterburq şəhərinin ərazisi ilə müqayisə oluna bilər.
“Cümə günü Brant şelf buzlağında aşkarlanmış aysberqlərə oxşar Antarktida şelf buzlaqlarından qopan nəhəng hissələr olduqca nadir və heyranedicidirlər”, - deyə Uelsdədəki Suonsi Universitetinin professoru Adrian Lakman bildirib.
Alimlərin atmosfer və kosmik hava şəraitini müşahidə etdiyi “BAS Halley VI” tədqiqat stansiyası Brant şelf buzlağına ev sahibliyi edir. Onların verdiyi məlumata görə, stansiyaya bu bölünmədən zərər dəyməyəcək.
“Propast 1” və “Helluinskaya treşina” kimi tanınmış digər iki nəhəng şelf buzlağında çatların qarşısını almaq üçün BAS 2016-cı ildə stansiyanı 32 kilometr qurunun dərinliyinə köçürüb. Xidmətdən son 18 ayda bu çatların genişlənmədiyini bildirirlər.
Aysberqlərin çökməsinin gözlənilməzliyi, qaranlıq və soyuq qış aylarında evakuasiya mürəkkəbliyi səbəbindən son dörd ildə tədqiqat qrupu stansiyada yalnız Antarktikadakı yay aylarında işləyiblər.
“İndi bizim vəzifəmiz vəziyyəti diqqətlə izləmək və hazırkı azalmanın şelf buzlağına istənilən potensial təsirini qiymətləndirməkdən ibarətdir”, - deyə BAS-ın əməliyyat direktoru Saymon Harrodun bəyanatında bildirilir.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi






























.jpg)


