Dünya
Yeni pandemiya gəlir? - XƏBƏRDARLIQ
Alimlər H5N6 adlı quş qripinə yoluxan insanların yarısının öldüyünü açıqlayıb. Bildirilib ki, quş qripi bütün dünyaya yayılmaq üzrədir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyada quş qripinə yoluxma qeydə alınıb. Dünən isə Çinin Hunan əyalətində 60 yaşlı qadının quş qripindən öldüyü iddia olunub. Qeyd olunub ki, qadın ölü ev heyvanlarına toxunduqdan sonra quş qripinə yoluxub. Çinin başqa bölgələrində də yoluxma halları qeydə alınıb.
İsrail də quşçuluqda yüksək patogen quş qripi (HPAI) müşahidə olunduğunu bildirib. Bundan başqa, Rusiya da fərqli bölgələrində kütləvi quş tələfatının qeydə alındığı barədə məlumat yayıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı İtaliyanın şimalındakı hinduşka fermasında yüksək patogen H5N1 quş qripinin yayılması və təxminən 200 quşun tələf olduğu barədə məlumat verib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)