Dünya
AVROPA TƏHLÜKƏDƏ: yüksək patogenli quş qripi AŞKARLANDI
Danimarka hakimiyyət orqanları iri hinduşka və quşçuluq fermasında yüksək patogenli H5N1 quş qripinin yayılmasını qeydə alıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Ərzaq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyinin saytında məlumat yayımlanıb.
Bildirilib ki, bu il noyabrın 1-də Slagelse bələdiyyəsində təxminən 28 min quş olan hinduşka fermasında yüksək patogenli quş qripi H5N1 epidemiyası təsdiqlənib .
"Danimarka Baytarlıq və Qida Administrasiyası təsərrüfat ətrafında 3 və 10 kilometrlik zonalar yaradıb və zərər çəkmiş fermadan infeksiyanın yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görür", - nazirliyin məlumatında deyilir.
Bundan əlavə, noyabrın 3-də 50-yə yaxın toyuq, ördək və qazın olduğu quşçuluq fermasında yüksək patogenli H5N1 quş qripinin növbəti epidemiyası təsdiqlənib. Epidemiya Slagelse bələdiyyəsində də qeydə alınıb, baytarlıq idarəsi bu fermada da analoji tədbirlər görüb.
Danimarka rəsmilərinin verdiyi məlumata görə, 2021-ci ilin sentyabrından bəri Avropada, o cümlədən Danimarka və qonşu ölkələrdə vəhşi quşlar arasında yüksək patogenli H5N1 quş qripinə 50-dən çox yoluxma baş verib. Buna görə də, noyabrın 1-də Danimarka səlahiyyətliləri, əsirlikdə saxlanılan bütün ev quşları və digər quşların qapalı və ya dam altında, tor və ya məftil arxasında saxlanması barədə bir əmr verib. Bu yolla ev quşlarını çöl quşları ilə təmasdan qorumaq nəzərdə tutulur.
Hüseyn
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı













.jpg)



















.jpg)

.jpg)