Dünya
Peruda şiddətli ZƏLZƏLƏ: onlarla ev dağıldı, çox sayda yaralı var - VİDEO - (YENİLƏNDİ)
Peruda bazar günü səhər baş verən zəlzələ nəticəsində azı 10 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə “El Peruano” qəzeti Milli Mülki Müdafiə İnstitutuna istinadən məlumat yayıb.
Qeyd olunub ki, 11 ev tamamilə dağılıb, daha 99 binaya ziyan dəyib.
Peru prezidenti Pedro Castillo zəlzələdən ən çox zərər çəkən Halka- Qrande şəhərinə gedib. Bundan əvvəl şəhərin meri Valter Kulki bildirib ki, yeraltı təkanlar nəticəsində şəhərdəki evlərin 70%-i zərər görüb.
Qeyd edək ki, bazar günü səhər Perunun şimalında 7,3 bal gücündə zəlzələ baş verib, daha sonra maqnitudası 7,5-ə yüksəlib. Zəlzələnin episentri Barranka şəhərindən 45 km şimal-qərbdə (təxminən 5 min nəfər) və təxminən 117 min nəfərin yaşadığı Loja şəhərindən 269 km şərqdə yerləşib. Zəlzələnin ocağı 110 km dərinlikdə yerləşib, sunami təhlükəsi elan edilməyib.
xxx
21:00
Peruda 7,3 bal gücündə zəlzələ baş verib.
Publika.az "Son Dakika"ya istinadla xəbər verir ki, ölkəni sarsıdan zəlzələ Ekvador, Kolumbiya və Braziliyada da hiss olunub.
Bildirilib ki, Sakit Okean Halqası qırılma xəttinin sahilində yerləşən ölkə onlarla aktiv vulkana ev sahibliyi edir.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də (EMSC) ölkənin şimalında 7,3 bal gücündə zəlzələnin baş verdiyini təsdiqləyib.
Barranca şəhərinin təxminən 45 kilometr şimalında meydana gələn təkanlar yerin 80 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində bir çox tikili zədələnib, dağlıq ərazilərdə də sürüşmələr baş verib.
Şiddətli sarsıntıdan sonra əhalinin təlaşa düşmə anları həvəskar kameralara əks olunub.
Hüseyn
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
















.jpg)



















.jpg)
.jpg)

