Dünya
Filippində tayfun 12 nəfəri öldürdü
Cümə axşamı günü Filippini cənginə alan “Ray” supertayfunu nəticəsində azı 12 nəfər həlak olub.
Publika.az Asoşeyted Pressə istinadən xəbər verir ki, Filippinin mərkəzi hissəsindən keçən tayfun sonradan bir qədər zəifləyib. Bu gün tayfunun təsir radiusunda küləyin maksimum əsmə sürəti saatda 205 kilometrə çatıb.
Hazırda təbii fəlakətin vurduğu ziyan hesablanır, lakin elektrik enerjisi verilişində fasilələr və infrastrukturun zədələnməsi bu işi çətinləşdirir. Hələ də bir çox insanlar zərər çəkmiş rayonları tərk edə bilmır və evlərin damına çıxaraq xilasediciləri gözləyirlər. Bir sıra əyalətlərin hakimiyyət orqanları könüllülərə müraciət edərək onları yerli sakinlərə gömək göstərməyə çağırır.
Filippin Prezidentinin nümayəndəsi Karlo Noqrales bildirib ki, tayfun yaxınlaşmazdan əvvəl 332 mindən çox insan təhlükəli ərazilərdən təxliyə edilib, onların 15 mini müvəqqəti sığınacaqlara yerləşdirilib. Minimum 62 şəhər tam və ya qismən elektriksiz qalıb.
Tayfunun hərəkət trayektoriyasında 10 minə yaxın yaşayış məntəqəsinin yerləşdiyi bildirilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
