Dünya
ÜST-dən milad bayramı ilə bağlı TƏKLİF
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları yersiz təmaslardan və səfərlərdən yayınaraq milad bayramını sadəcə ailə üzvləri ilə birlikdə keçirməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
ÜST rəhbərliyi yeni "Omikron" ştammının bütün dünyada sürətlə yayılması ilə bağlı risklər barədə xəbərdarlıq da edib.
"Bu pandemiya bizim hamımızı təngə gətirib. Hamımız dostlarımzla, yaxınlarımızla vaxt keçirmək istəyirik. Sonradan həyatımızdan məhrum olmamaq üçün hansısa tədbirləri təxirə sala bilərik. Çünki heç kim 12 aydan sonra analoji vəziyyətə qayıtmaq istəməz", – deyə ÜST-ün Baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda Afrikada infeksiyaların daha kəskin artması müşahidə olunur. Bu, əsasən "Omikron" virusu ilə bağlıdır. Cəmi bir ay bundan əvvəl Afrikada son 18 ayda ölüm hallarının ən aşağı səviyyədə olması qeydə alınmışdı, ötən həftə isə bu qitə bir həftə ərzində yoluxanların sayına görə dünyada dördüncü yerdə olub.
"2022-ci il pandemiyanın başa çatması ili olmalıdır. Ancaq bundan ötrü bütün ölkələr belə genişmiqyaslı fəlakətlərin qarşısını almaq və davamlı inkişaf sahəsində hədəflərə nail olmaq üçün səylərini artırmalıdır", - deyə ÜST-nin baş direktoru vurğulayıb.
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır














.jpg)



















.jpg)

.jpg)