Dünya
Yerə potensial təhlükəli asteroidlər YAXINLAŞIR
Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti NASA-dakı mənbələrə istinadla məlumat yayıb.
Səma cisimlərindən biri - asteroid 2013 YD48 – Britaniyanın Vestminster sarayının saat qülləsi Biq-Ben ölçüsündədir, ikinci asteroid 7482 YD48 ABŞ-ın Nyu-York şəhərindəki 102 mərtəbəli göydələn Empayr-state-bildinqdən iki dəfə böyükdür.
2013 YD48 asteroidinin eni təqribən 104 metrdir və yanvarın 11-də planetimizdən 5,6 milyon kilometr məsafədə keçəcək. İkinci asteroid yanvarın 18-də Yerdən 0,013 astronomik vahid məsafədə keçəcək. NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin məlumatına görə, bu, yaxın yanaşmadır.
Daha əvvəl NASA direktorunun müavini Tomas Zurbuxen bildirib ki, hazırda alimlərə məlum olan asteroidlərin heç biri yaxın 100 ildə Yerlə toqquşmaq təhlükəsi yaratmır. O vurğulayıb ki, alimlər ölçüsü 140 metrdən çox olan obyektlərin yalnız 40%-ni bilirlər. "Onların çoxu, təxminən 60%-ni hələ tapa bilməmişik", - Zurbuxen deyib.
Hüseyn
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO































